Azərbaycan kubokunun qalibi onlar oldu - VİDEO

24 May 2021 23:10 Şamaxı 1 129
Azərbaycan kubokunun qalibi onlar oldu - VİDEO

Bu gün Azərbaycan kubokunda 2020/21 mövsümünün final oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan həlledici matçda “Keşlə” və “Sumqayıt” üz-üzə gəlib.

Oyunda hesabı “Sumqayıt” açsa da, bakılılar əzmkar qələbə qazanaraq kuboku başı üzərinə qaldırıb - 2:1.

“Sumqayıt” bu mövsüm Premyer Liqada bürünc medallara sahib çıxıb və avrokuboklara vəsiqəni təmin edib. “Keşlə” isə ölkə çempionatını 6-cı pillədə başa vurub. Bakı təmsilçisi ölkə kubokunun qalibi olduğu üçün Konfrans Liqasında oynamaq hüququ qazanıb.

"Keşlə” – “Sumqayıt” - 2:1

Qol: Şəhriyar Əliyev, 37, 57 - Boyoviç, 3 (ö.q)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev

“Bank Respublika Arena”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti