İki il formasını geyindiyi «Səbail»lə yeni müqavilə şərtlərini razılaşdıra bilməyən və buradan ayrılan Ürfan Abbasovun yeni klubu müəyyənləşib.
Sportinfo.az-ın məlumatına görə, yarımmüdafiəçi «Keşlə» ilə anlaşıb.
«Qəbələ»dəki çıxışı ilə Premyer Liqada tanınan yığmanın sabiq üzvü paytaxt təmsilçisinin1 il şərəfini qoruyacaq.
«Keşlə»nin ondan əvvəl «Qəbələ»dən ayrılan Cavid Hüseynovu da rənglərinə bağladığını bildirək.

