"Açığı, "Qarabağ" hələ bizə heç bir cavab verməyib"

8 Avqust 2020 09:28 Səbail 1 464
"Açığı, "Qarabağ" hələ bizə heç bir cavab verməyib"

«Biz bu futbolçunu yenidən icarəyə götürmək üçün «Qarabağ»a müraciət etmişik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in baş məşqçisi Aftandil Hacıyev deyib.

O, müqavilə ilə «Qarabağ»a məxsus olan Ruslan Hacıyevi bu mövsüm də öz sərəncamında görmək istədiyini bildirib. Lakin Ağdam təmsilçisi «Neftçi» və «Zirə»nin də xidmətinə maraq duyduğu 22 yaşlı futbolçu ilə bağlı qərarınıı hələ verməyib:

«Ruslan ötən mövsüm Premyer Liqada debüt etdi və yaxşı təsir bağışladı. «Qarabağ» razılaşsa, birillik icarəyə götürərik. Açığı, «Qarabağ» hələ müraciətimizə heç bir cavab verməyib».

Digər Xəbərlər
Xəbər Lenti