"Klubla razılaşmasam, başqa variantlar haqqında fikirləşəcəm"

29 May 2020 21:40 Səbail 831
"Klubla razılaşmasam, başqa variantlar haqqında fikirləşəcəm"

"Klubumla müqaviləm başa çatsa da, yeni razılıq əldə etdim, çempionat bərpa olunanda oynayacam".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında "Səbail"in iranlı futbolçusu Peyman Keşavarz deyib.

25 yaşlı müdafiəçi oynadığı müddətdə də maaş alacağını söyləyib. Keşavarz karantin dönəmində məvacibini aldığını, lakin az hissəsinin qaldığını sözlərinə əlavə edib.

O, yeni mövsümdə klubdakı taleyi ilə bağlı durumun bəlli olmadığını bildirib: "Mənim birinci seçimim "Səbail" olacaq. Klubla razılaşmasam, başqa variantlar haqqında fikirləşəcəm.

FIFA qərar verib ki, çempionat bitənə qədər oynaya bilərik. Klubun mənə yeni müqavilə ilə bağlı nəsə deməməyi də normaldır, çünki indi hazırkı mövsümün start vaxtını bilmirik".

Azərbaycan Premyer Liqası martın 13-də dayandırılıb. Peyman Keşavarz bu ilin əvvəlindən "Səbail"də çıxış edir. Onun klubla sözləşməsi mayda başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!