Rövnəq Abdullayevin oğlunun klubunun KASIBLAMASININ ƏSL SƏBƏBİ

14 Aprel 2020 15:45 Səbail 1 968
Rövnəq Abdullayevin oğlunun klubunun KASIBLAMASININ ƏSL SƏBƏBİ

"Səbail“ yeni tərəfdaş axtarışına çıxıb.

Sportinfo.az-ın məlumatına görə, bunun səbəbi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) ilə bağlıdır.

Belə ki, ASCO baş sponsoru olduğu kluba ayırdığı maliyyə dəstəyini bir qədər də azaldıb.

2014-cü ildə respublikada mövcud olan iki böyük donanmanın – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılan ASCO cari xərclərinin artmasını əsas gətirərək, Bayıl klubunu kor-peşman edib.

İş ondadır ki, Qapalı Səhmdar Cəmiyyət şəhərin mərkəzində özünə yeni hündürmərtəbəli bina kompleksi tikir və sosial layihələrin bir çoxunu bu səbəbdən ya təxirə salıb, ya da büdcəni azaldıb.

SOCAR və AFFA prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin fəxri prezidenti olduğu ”Səbail”in hazırda ASCO-dan savayı, daha 3 himayədarı var. Lakin onların heç biri ”dənizçilər”ə böyük miqdarda vəsait ödəmir.

Belə adlandırmaq mümkünsə, onlar, sadəcə, görüntü xatirinədir. Əsas maliyyə qaynağı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”dir və mətbuatda yazılan rəqəmlərə inanssaq, hər mövsüm kluba 1,5 milyon manat ödəyirlər.

Digər Xəbərlər
Xəbər Lenti