"İlk öncə millimiz baş məşqçi problemini həll etməlidir"

3 Mart 2020 14:36 Səbail 884
"İlk öncə millimiz baş məşqçi problemini həll etməlidir"

"Səbail" klubunun baş məşqçisi Aftandil Hacıyev bu gün baş tutacaq Millətlər Liqasının püşkünü dəyərləndirib.

Sportinfo.az-a açıqlamasında gənc baş məşqçi bunları deyib: "Hazırda zəif ölkə yoxdur. İstənilən rəqiblə görüşlər bizim milli üçün çətin keçir. Öncəki Millətlər Liqası da bunu göstərdi. Hansı rəqibin düşməyindən asılı olmayaraq özümüzü düşünməliyik. İlk öncə millimiz baş məşqçi problemini həll etməlidir"

Hacıyev millimizə yerli ya əcbəbi baş məşqçi lazımdır sualına isə belə cavab verib: "Mənim mövqeyim dəyişməz olaraq qalır. Düşünürəm ki, bütün millilərdə yerli baş məşqçilər çalışmalıdır. Ancaq bütün hallarda bu işlərlə məşğul olan federasiyamız var. Yəqin ki, onlar daha dərindən təhlil edib, daha düzgün qərar verəcəklər"

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu