Rəhbərlikdən Aftandil Hacıyevə "yaşıl işıq" - Essyen yola salınır

5 Yanvar 2020 22:05 Səbail 1 916
Rəhbərlikdən Aftandil Hacıyevə "yaşıl işıq" - Essyen yola salınır

Xəbər verdiyimiz kimi, "Səbail"in baş məşqçisi Aftandil Hacıyev rəhbərlik qarşısında yeni məsələ qaldırıb. O, Maykl Essyenlə müqavilənin ləğv edilməsini istəyib.

Buna səbəb isə digər legionerlərlə qüvvədə olan anlaşmaların vaxtından əvvəl pozulmasına dair danışıqların aparılmasıdır. Hacıyev o biri əcnəbi futbolçuların yola salınıb, yalnız qanalı yarımmüdafiəçinin düşərgədə saxlanılması fikrinə qarşıdır.

Gənc çalışdırıcı əsas heyətə düşməyən 37 yaşlı afrikalının komandadan göndərilməsi lazım olan birinci futbolçu olduğunu bildirib.

Ötən mövsüm "Səbail"ə tarixində ilk dəfə Premyer Liqanın bürünc medallarını qazandıran mütəxəssis rəhbərliyə "ya mən burada qalacam, ya da o!" deyib.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, artıq məsələ həllini tapıb. Klub rəhbərliyi baş məşqçinin fikrini dəstəkləyib və Essyenin göndərilməsinə razılıq verib. Futbolçu ilə yollar qarşılıqlı razılıq əsasında ayrılacaq.

Təcrübəli yarımmüdafiəçinin "Səbail"lə müqaviləsi bu ilin yayına qədər idi. Ulduz futbolçunun pulunu klub yox, SOCAR ödəyirdi.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"