200-ə yaxın uşaq “Elit”in seçimindən keçdi - Göygöldən FOTOLAR

08:30 Hadisə 83
200-ə yaxın uşaq “Elit”in seçimindən keçdi - Göygöldən FOTOLAR

Göygöl İdman Olimpiya Kompleksində “Elit” layihəsi çərçivəsində istedadlı uşaqların müəyyənləşdirilməsi məqsədilə seçim turniri təşkil olunub.

Sportinfo/az xəbər verir ki, avqustun 23-də keçirilən turnirdə Gəncə şəhərini, həmçinin Samux, Goranboy, Göygöl və Şəmkir rayonlarını təmsil edən 200-ə yaxın uşaq iştirak edib.

Turnirin əsas məqsədi perspektivli futbolçuların izlənilməsi, onların texniki və oyun bacarıqlarının qiymətləndirilməsi, daha sonra isə “Elit” layihəsinə və aşağı yaş qrupları üzrə Azərbaycan milli komandalarına cəlb olunması üçün seçim aparılması olub.

“Elit” layihəsinin direktoru Mirbağır İsayev qarşılaşmaları yerində izləyərək futbolçuların çıxışlarını dəyərləndirib.

Göygöldə

Göygöldə

Göygöldə

Göygöldə

Göygöldə

Göygöldə

Göygöldə

Göygöldə

Göygöldə

Göygöldə

Göygöldə

Digər Xəbərlər
Xəbər Lenti