Ərəblərdən təklif aldı, "Səbail"i tərk etdi - 4-CÜ GEDİŞ

5 Yanvar 2020 16:38 Səbail 1 492
Ərəblərdən təklif aldı, "Səbail"i tərk etdi - 4-CÜ GEDİŞ

"Səbail" daha bir futbolçu ilə yollarını ayırıb. Sportinfo.az-ın əldə etdiyi məlumata görə, komandanı tərk edənlərin sırasına Yevgeni Koçuk da qoşulub.

Klub rəhbərliyi Küveyt və Səudiyyə Ərəbistanından təklif alan 26 yaşlı futbolçu ilə söhbətində onu buraxmağa hazır olduğunu bildirib. Bundan sonra Moldova millisinin üzvü ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. "Dənizçilər" Koçuka son 3-4 ayın maaşını da ödəməyə razı olublar.

Yarımmüdafiəçinin "Səbail"lə cari mövsümün sonuna kimi müqaviləsi var idi.

Koçuk qış fasiləsində "Səbail"i tərk edən 4-cü futbolçudur. Ondan əvvəl Ağabala Ramazanov, Elvin Yunuszadə və Mirabdulla Abbasov komandadan gedib. Ramazanov "Zirə"yə keçib, Yunuszadə hələ klubsuzdur. Abbasov isə "Keşlə" ilə anlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"