"Səbail"dən Premyer Liqa klubuna transfer olunacaq?

4 Yanvar 2020 22:30 Səbail 1 522
"Səbail"dən Premyer Liqa klubuna transfer olunacaq?

"Səbail"ın ukraynalı qapıçısı Aleksandr Rıbka Bakı klubundan ayrıla bilər.

Sportinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı qolkiper karyerasını ölkəsində davam etdirmək istəyir.

Onun Premyer Liqa təmsilçisi "Olimpik"ə transfer oluna biləcəyi vurğulanıb. Qeyd edək ki, A.Rıbka ötən ilin qışından "Səbail"də oynayır.

O, mayda klubu ilə 2 illik yeni müqavilə imzalayıb. A.Rıbka Ukraynanın "Şaxtyor", "Dinamo", "Oboloni" klublarında çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti