"Ya mən burada qalacam, ya da o!" – ESSYEN DAVASI

4 Yanvar 2020 16:49 Səbail 2 087
"Ya mən burada qalacam, ya da o!" – ESSYEN DAVASI

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev rəhbərlik qarşısında yeni məsələ qaldırıb.

Klubdan Sportinfo.az-a verilən məlumata görə, o, Maykl Essyenlə müqavilənin ləğv edilməsini istəyib.

Buna səbəb isə digər legionerlərlə qüvvədə olan anlaşmaların vaxtından əvvəl pozulmasına dair danışıqların aparılmasıdır. Hacıyev o biri əcnəbi futbolçuların yola salınıb, yalnız qanalı yarımmüdafiəçinin düşərgədə saxlanılması fikrinə qarşıdır.

Gənc çalışdırıcı əsas heyətə düşməyən 37 yaşlı afrikalının komandadan göndərilməsi lazım olan birinci futbolçu olduğunu bildirib.

Ötən mövsüm "Səbail"ə tarixində ilk dəfə Premyer Liqanın bürünc medallarını qazandıran mütəxəssis rəhbərliyə "ya mən burada qalacam, ya da o!" deyib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"