“Səbail”ə "hə" deyənlər

29 Dekabr 2019 00:28 Səbail 960
“Səbail”ə "hə" deyənlər

“Səbail”in Tükiyədəki təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı rəqiblər müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi qardaş ölkədə 4 yoxlama matçı keçirməyi planlaşdırır.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Aftandil Hacıyevin çalışdırdığı kollektiv Qazaxıstanın “Jetısu” (15 yanvar), Ukraynanın “Olimpik” (Donetsk, 18 yanvar), Rumıniyanın “Voluntari” (21 yanvar) və Polşanın “Korona” (25 yanvar) klubları ilə qarşılaşacaq.

"Səbail” qış fasiləsinə 12 xalla sonuncu pillədə yollanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti