Millimizin müdafiəçisi "Keşlə"yə keçir?

23 Dekabr 2019 19:25 Səbail 1 430
Millimizin müdafiəçisi "Keşlə"yə keçir?

Ağabala Ramazanov, Elvin Yunuszadə və İqor Korotetski ilə vidalaşan "Səbail"də "yarpaq tökümü" davam edir. Yayılan məlumatlara inansaq, ayrılanların siyahısına Şəhriyar Rəhimov da adını yazdırıb.

Nikola Yurçeviçin vaxtında millinin əsas heyət üzvünə çevrilən müdafiəçinin "Keşlə" ilə danışıqları müsbət yekunlaşdırdığı və "Səbail"in kapitanı Rahid Əmirquliyev kimi, paytaxt təmsilçisi ilə 1,5 illik anlaşdığı deyilir.

Haqqında çıxan xəbərlərə aydınlıq gətirməsi üçün futbolçunun özü ilə əlaqə saxladıq. Rəhimov Sportinfo.az-a açıqlamasında məlumatı təkzib etdi: "Səbail"lə hələ 1,5 ilik müqaviləm var, Çox güman ki, komandada qalacam. Ola bilər, maraqlanıblar. Amma özümə heç nə deyilməyib. Nəsə olsa, deyərdim. Belə bir söhbət yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!