"Səbail"də ikinci rəsmi ayrılıq

21 Dekabr 2019 17:03 Səbail 1 145
"Səbail"də ikinci rəsmi ayrılıq

"Səbail" Ağabala Ramazanovdan sonra daha bir futbolçu ilə yollarını ayırıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "dənizçilər" Elvin Yunuszadə ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib. Futbolçuya azad agent statusu verilib.

“Səbail” Peşəkar Futbol Klubu futbolçuya təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Yunuszadənin "Səbail"lə 2020-ci ilin yayına qədər müqaviləsi var idi.

Digər Xəbərlər
Xəbər Lenti