"Hakim təmiz qolumuzu saymadı" - AFTANDİL HACIYEV

19 Dekabr 2019 18:01 Səbail 1 214
"Hakim təmiz qolumuzu saymadı" - AFTANDİL HACIYEV

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Zirə"yə səfərdə 0:1 hesabıyla uduzduqları cavab matçından sonra mətbuat konfransı keçirib. Sportinfo.az xəbər verir ki, 38 yaşlı mütəxəssis əvvəlcə oyun haqda fikirləri bildirib.

- Bu gün rəqib ümumən bizdən üstün idi. Hər iki oyunda çalışdıq ki, cütün qalibi olaq. Hər iki matçda qol epizodlarımız oldu. Bunları qola çevirə bilsəydik, rahat oynaya bilərdik. Futbolçulara bu mübarziliyə təşəkkür edirəm. Rəqibi təbrik edirəm və uğurlar arzulayıram

- Maraqlıdır, rəhbərlik oyundan əvvəl komamdayla görüşmüşdü, mükafat vəd olunmuşdu?

- Xeyr, heç bir görüş olmamışdı. Ümumiyyətlə, mükafat haqda danışmaq istəmirəm. Çünki ondan vacib probelmlər var ki, həllini tapmayıb. Təkcə maaş yox, çox problem var. İndi bir-bir saysaq. çox vaxt gedər. Komanda bacardığını oynadı.

- Legionerlərinizdən Yevgeni Koçuk, Aleksandr Rıbka gedir...

- Rəsmi bir şey yoxdur hələ. Mətbuatda yazılanlara şərh vermək istəmirəm.

- Son dəqiqə vurulan qolla bağlı narazılıq vardı. Həmin epizodu necə şərh edərdiz?

- Zənnimcə. təmiz qol idi. Top artıq oyunda idi. Qapıçıya maneə yox idi, məsafə da yetərincə idi. Kərim Benzema təxminən belə qol vurmuşdu. Avropada belə qolu sayırlar, ancaq bizdə sayılmırsa, deməli, bizdə bu baxımdan da problemlər var.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"