İçir, əylənir, məşqə gəlmir – Bakı klubunda hadisə

19 Dekabr 2019 18:55 Səbail 2 377
İçir, əylənir, məşqə gəlmir – Bakı klubunda hadisə

"Səbail"in müdafiəçisi Elvin Yunuszadə böyük məbləğdə cərimələnib. Sportinfo.az-ın məlumatına görə, buna səbəb onun səhər məşqlərinə gəlməməsi və yaxud gecikməsidir.

Aparılan araşdırma zamanı məlum olub ki, millinin keçmiş üzvü alkoqollu içkilərə meyl edir və gecələri əyləncə məkanlarında keçirir.

Klub tərəfindən bir neçə dəfə bağışlansa da, Elvin bunlardan nəticə çıxarmayıb. İndi onun adı bu ay komandadan uzaqlaşdırılması nəzərdə tutulan futbolçuların siyahısında birincidir.

Digər Xəbərlər
Xəbər Lenti