Rövnəq Abdullayevin qardaşıoğlu pul istədi, vermədilər

19 Dekabr 2019 13:35 Səbail 2 902
Rövnəq Abdullayevin qardaşıoğlu pul istədi, vermədilər

"Səbail"də prezidenti səlahiyyətlərini yerinə yetirən Tamerlan Abdullayev komanda daxilində narahatlığa səbəb olub. Sportinfo.az-ın məlumatına görə, AFFA prezidenti Rövnəq Abdullayevin qardaşı oğlu klubun maliyyə vəziyyətini düzəldə bilmədiyini etiraf edib.

O, mövcud sponsorlarla danışıqlar apardığını, lakin heç birindən müsbət cavab almadığını deyib. Abdullayev bildirib ki, görüşdüyü şəxslər onun büdcəni artırmaq təklifini geri çevirib.

Bu səbəbdən yüksəködənişli futbolçuların saxlanılması artıq mümkünsüzdür. Tamerlan bəy 5 min manatdan yuxarı maaşı olan yerli futboçuların və legionerlərin yola salınmasını istəyib.

Yallnız əməkhaqqının azaldılmasına razılaşanlar qışdan sonra burada qalacaq. Abdullayev qeyd edib ki, komandanı yenidən formalaşdırmaq və gənclərə üstünlük vermək lazımdır.

Digər Xəbərlər
Xəbər Lenti