"Keşlə" kapitana təklif göndərdi – Daha çox pul

18 Dekabr 2019 17:34 Səbail 1 238
"Keşlə" kapitana təklif göndərdi – Daha çox pul

Ötən mövsüidən etibarən «Səbail»in formasını geyinən Rahild Əmirquliyev qışda komandasını dəyişə bilər.

Sportinfo.az-ın məlumatına görə, "Keşlə" "dənizçilər"in kapitanına dəvət göndərib. Tərlan Əhmədovun baş məşqçisi olduğu klub yarımmüdafiəçiyə ilyarımlıq müqavilə təklif edib.

"Səbail"dən Ağabala Ramazanovu da istəyən "Keşlə" Rahidə indi aldığı maaşdan daha artığını verməyə hazırdır.

Elə Əmirquliyevin də fikri Bayıl təmsilçisindən ayrılmaqdır. 30 yaşlı futbolçu son müsahibəsində "Səbail"də vəziyyətin yaxşı olmamasından, düşərgənin problemlər içində qaynamasından şikayətlənib.

Digər Xəbərlər
Xəbər Lenti