"Prosineçki əla məşqçidir, qayıtsa, sevinərəm" - AĞABALA RAMAZANOV

17 Dekabr 2019 13:38 Səbail 1 360
"Prosineçki əla məşqçidir, qayıtsa, sevinərəm" - AĞABALA RAMAZANOV

"Bu dəqiqə klub dəyişmək haqda fikirləşməyim düzgün deyil. Amma fasilədə rəhbərliklə görüşəcəm. Hər şey ola bilər".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in hücumçusu Ağabala Ramazanov deyib. Bir müddət öncə Moldova "Şerif"indən rəsmi təklif alan futbolçu keçidin alınmadığını bildirib. Ağabala "Keşlə"dən təklif alması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:

"Şerif" söhbəti artıq bağlanıb. Şərtlər məni qane etmədi. Bu barədə çox danışmaq istəmirəm. "Keşlə" variantına gəlincə, belə bir şey yoxdur. Boş söhbətdir".

"Səbail" ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda evdə "Zirə" ilə qolsuz heç-heçəyə razılaşdı. Ramazanov cavab matçı öncəsi nikbindir: "Cavab oyununa hazırlaşırıq. Mərhələni keçmək üçün canımızı qoymalıyıq. İnanıram ki, yarımfinala adlayan tərəf biz olacağıq".

Milli komandamızın da üzvü olan Ramazanov Robert Prosineçkinin yığmamıza mümkün qayıdışı ilə bağlı xəbərlərə də aydınlıq gəıtirib: "Prosineçki əla məşqçidir. Millimizə qayıtsa, sevinərəm".

Digər Xəbərlər
Xəbər Lenti