"Səbail"in rəqiblərindən biri müəyyənləşdi

17 Dekabr 2019 11:02 Səbail 575
"Səbail"in rəqiblərindən biri müəyyənləşdi

Qış hazırlığını Antalyada keçirəcək "Səbail"in toplanış çərçivəsində qarşılaşacağı rəqiblərdən biri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, "dənizçilər" Ukraynanın "Olimpik" klubu ilə üz-üzə gələcək. Məlumatı Donetsk təmsilçisinin rəsmi saytı yayıb. Komandaların yanvarın 18-də Antalyada qarşılaşacağı bildirilib.

Qeyd edək ki, "Olimpik" hazırda Ukrayna Premyer Liqasında 18 turdan sonra 12 komanda arasında 9-cu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti