"Səbail" Antalyaya gedir

13 Dekabr 2019 14:08 Səbail 756
"Səbail" Antalyaya gedir

Premyer Liqa təmsilçilərindən "Səbail" qış təlim-məşq toplanışını ölkə xaricində keçirəcək.

Bu barədə Sportinfo.az-a açıqlamasında komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib. Gənc mütəxəssisin sözlərinə görə, digər klublar kimi "Səbail" də Antalyaya yollanacaq:

"Ancaq komandanın bir araya gələcəyi və Türkiyəyə yollanacağı tarix dəqiq deyil. Qarşıda iclasımız olacaq. Ondan sonra bütün suallara aydınlıq gələcək. Yalnız onu deyə bilərəm ki, biz də Antalyaya gedəcəyik. Orada 3 və ya 4 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Artıq bu istiqamətdə mümkün rəqiblərlə danışıqlar başlayıb".

Qeyd edək ki, "Səbail" mövsümün ilk hissəsini 12 xalla sonuncu - 8-ci pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti