"Səbail" daha bir futbolçu ilə yollarını ayırdı

12 Dekabr 2019 14:06 Səbail 1 933
"Səbail" daha bir futbolçu ilə yollarını ayırdı

Uğursuzluq zolağından çıxa bilməyən "Səbail"də "təmizləmə əməliyyatı" davam edir.

Sportinfo.az-ın məlumatına görə, dünən ukraynalı müdafiəçi İqor Korotetski ilə yollarını ayıran Bayıl klubu daha bir müdafiəçiyə qapını göstərib.

Baş məşqçi Aftandil Hacıyev Elvin Yunuszadə ilə də əməkdaşlığın dayandırılmasına qərar verib. "Dənizçilər"in heyətinə bu ilin yanvarında "Sabah"dan gəlmiş 27 yaşlı futbolçu artıq özünə klub axtarmağa başlayıb. Elvinin komandadan göndərilməsinin əsas səbəbi intizamsız olmasıdır.

Digər Xəbərlər
Xəbər Lenti