Rəhbər baş məşqçiyə sahib çıxdı, "islahat düyməsi"ni basdı

10 Dekabr 2019 19:12 Səbail 862
Rəhbər baş məşqçiyə sahib çıxdı, "islahat düyməsi"ni basdı

"Səbail" rəhbərliyi komandanın cari mövsümdəki çıxışını müzakirə etmək məqsədilə bir araya gəlib.

Sportinfo.az-ın məlumatına görə, klubun prezidenti səlahiyyətlərini icra edən Tamerlan Abdullayev baş məşqçi Aftandil Hacıyevə dəstək verib.

O, Premyer Liqanın son 10 turunda qələbə qazana bilməyən və turnir cədvəlinin 8-ci pilləsinə enən kollektivlə bağlı islahatların başlamasını məqsəduyğun sayıb.

Abdullayev bildirib ki, komandada ruh düşkünlüyü müşahidə olunur və o bunun səbəbinin maliyyə çatışmazlığından irəli gəlməsinin fərqindədir.

"Dənizçilər"in birinci şəxsi qeyd edib ki, mövcud problemlərin həllinə çalışır, lakin bu proses bir qədər vaxt aparacaq, hətta ola bilsin, sezonun axırınadək belə davam eləsin.

Abdullayev deyib ki, hazırkı situasiyada ən doğru qərar Hacıyevə inanmaqdır. Çünki o, bir rəhbər olaraq baş məşqçidən nəticə istəmir, yeganə hədəf Premyer Liqada qalmaqdır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"