"Neftçi"yə qarşı meydana çıxarmağa 11 nəfər güclə düzəlir"

1 Dekabr 2019 10:52 Səbail 932
"Neftçi"yə qarşı meydana çıxarmağa 11 nəfər güclə düzəlir"

Azərbaycan Premyer Liqasında XIII turun oyunları keçirilir. Bu gün turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Neftçi” “Səbail”lə üz-üzə gələcək.

İlk dövrədə bu rəqibinə 2:1 hesabıyla qalib gəlmiş “ağ-qaralar” bu oyunda da qalib gəlməklə mövqeyini qorumağa çalışacaq. “Səbail” isə uğursuz gedişata son qoymaq üçün meydana çıxacaq.

"Səbail" oyuna itkilərlə çıxacaq. Bu barədə Sportinfo.az-a komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib. 38 yaşlı mütəxəssis bildirib ki, zədəli oyunçular İqor Korotetski və Mirabdulla Abbasova bir neçəsi də əlavə olunub:

"Zirə" ilə matçdan sonra Fəhmin Muradbəyli boyun hissəsində ağrılar hiss edir. Yevgeni Koçukun da durumu yaxşı deyil, ayağında ağrı var. Elvin Yunuszadə də zədəli oyunçulardandı. Bizə yaxınlaşaraq ağrılarının olduğunu dedi və böyük ehtimalla oynamayacaq.

Adil Nağıyev ötən tur qırmızı vərəqə aldığından, tribunada olacaq. Qapıçı Kamal Bayramov və Maykl Essyen də zədəlidir. Meydana çıxarmağa 11 nəfər güclə düzəlir. Əvəzedici heyətdən bir neçə nəfəri götürmüşəm".

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı