Kamran Ağayev klub tapdı, amma...

29 Noyabr 2019 22:05 Səbail 3 170
Kamran Ağayev klub tapdı, amma...

Millinin keçmiş qapıçısı Kamran Ağayevin futbolsuz günləri tezliklə başa çata bilər. Sportinfo.az-ın məlumatına görə, mayda "Keşlə"dən ayrılandan sonra özünə klub tapa bilməyən "əlcək sahib"inə yeni təklif gəlib.

Belə ki, Kamal Bayramovu "Sumqayıt"a göndərməyə hazırlaşan "Səbail" Ağayevin xidmətində maraqlıdır. Tərəflər arasında danışıqlar artıq arxada qalıb. Kamran aşağı məbləğ qarşılığında bu dəvətə "hə" deyib. İndi qalır AFFA-nın mövqeyi.

Federasiya transferin reallaşmasına əngəl yaratmasa, o, yaxınlarda "Səbail"lə 6 aylıq müqavilə imzalayacaq. Yığmanın eks kiperinin ötən müddətdə sevimli peşəsindən uzaq düşməsi AFFA ilə əlaqədardır. "Xəzər" TV-də Qurban Qurbanovu dəstəkləyən çıxışından sonra qurum tərəfindən Kamranın adı "qara siyahı"ya daxil edilib.

Digər Xəbərlər
Xəbər Lenti