"Şerif"in baş məşqçisi Ağabala haqda... - "ÜZRLÜ SAYIN"

28 Noyabr 2019 14:40 Səbail 1 554
"Şerif"in baş məşqçisi Ağabala haqda... -

Xəbər verdiyimiz kimi, "Şerif" "Səbail"in hücumçusu Ağabala Ramazanova rəsmi təklif göndərib. Bunu millimizin üzvü saytımıza açıqlamasında da təsdiqləyib. Hazırda iki klub arasında keçidin maliyyə tərəfləri ilə bağlı danışıqlar davam edir.

Məsələnin hansı mərhələdə olduğunu öyrənmək üçün "Şerif"in baş məşqçisi Zoran Zekiçlə əlaqə saxladıq. Xorvatiyalı mütəxəssis Sportinfo.az-a açıqlamasında hələlik bu barədə danışmaq istəmədiyini bildirdi:

"Məni üzrlü sayın. İndiki məqamda bu məsələyə şərh vermək istəmirəm. Yəqin ki, qərarımı anlayışla qarşılayarsız".

Qeyd edək ki, "Şerif" Ağabalaya 3 illik müqavilə və aylıq 10 min dollar məvacib təklif edib. "Səbail"in aparıcı oyunçusuna görə qarşı tərəfdən tələb etdiyi təzminat məbləği isə 109 min dollardır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”