Mourinyo azərbaycanlı baş məşqçinin planlarını pozdu

26 Noyabr 2019 22:10 Səbail 1 660
Mourinyo azərbaycanlı baş məşqçinin planlarını pozdu

“Tottenhem” noyabrın 20-də baş məşqçisi Maurisio Poçettinonu köməkçiləri ilə birgə istefaya göndərdi, yerinə Joze Mourinyonu təyin etdi.

Argentinalı mütəxəssis 2014/15 mövsümündən İngiltərə klubunu çalışdırırdı.

İngiltərə Premyer Liqasında çıxış edən klubun rəhbərliyinin son qərarı Azərbaycan çempionatında mübarizə aparan komandanın baş məşqçisinin planlarını pozub.

Söhbət "Səbail"in çalışdırıcısı Aftandil Hacıyevdən gedir. Yaxınlarda Belarusa səfər edən və BATE-də bir həftəyə yaxın təcrübə keçən gənc mütəxəssis Sportinfo.az-a bildirib ki, dekabrda "Tottenhem"in düşərgəsinə yollanmağı planlaşdırırmış:

"Poçettino ən bəyəndiym məşqçilərdən biridir. Onun istefaya göndəriləcəyini gözləmirdim. Artıq "Tottenhem"in qrafikini öyrənmişdim, səfərə çıxmağa hazırlaşırdım. Dekabrın son günlərində İngiltərəyə getməyi və bir neçə gün təcrübə toplamağı düşünürdüm.

Poçettino iş yerini tərk etdiyindən.bundan sonra ora getməyim mənasızdır. İndi gözləyirəm ki, Poçettino Avropanın hansı məşhur klubuna təyinat alacaq. O, hansı kluba getsə, çalışacam ki, ora yollanım".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"