"Səbail"in bazasında "çağırılmamış qonaq" – FOTO

25 Noyabr 2019 16:31 Səbail 1 091
"Səbail"in bazasında "çağırılmamış qonaq" – FOTO

"ASCO Arena"da "çağırılmamış qonaq" peyda olub. Sportinfo.az-ın elektron ünvanına göndərilən bu şəkil AFFA-nın "Səbail"in ixtiyarına verdiyi stadionun əsas meydançasında çəkilib.

Futbolçular məşqə hazırlaşmaq istəyərkən, belə bir mənzərə ilə qarşılaşıblar. Ac it künc bayrağını yerindən çıxararaq texniki zonanın yaxınlığına gətirib və parça-parça edib.

Bayrağın yeməli olmadığını gec "başa düşən" köpəkin qorxusundan oyunçular kənarda bir qədər gözləyib, daha sonra onu meydançadan uzaqlaşdırıblar.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"