"Şerif"lə "Səbail" arasında "bazarlıq" - 49 min dollar endirim istəyirlər

24 Noyabr 2019 18:29 Səbail 1 646
"Şerif"lə "Səbail" arasında "bazarlıq" - 49 min dollar endirim istəyirlər

"Şerif"in Ağabala Ramazanovu transfer etmək istədiyini 2 gün öncə xəbər vermişdik. Moldova çempionunun bu məqsədlə "Səbail"lə danışıq aparmasını açıqlamışdıq.

Sportinfo.az-a daxi l olan son məlumata görə, "Şerif" yığmamızın hücumçusuna aylıq 10 min dollar maaş təklif eləyib. Bu isə onun "Səbail"də aldığı əməkhaqqından bir qədər çoxdur.

Ramazanovun legioner karyerası yaşamağa hazır olduğunu qarşı tərəf artıq bilir. Sadəcə, indi çox şey "Səbail" rəhbərliyindən asılıdır.

Ağabalanı mövsümün əvvəlində "Zirə"yə keçməyə qoymayan "dənizçilər"in "Şerif"dən istədiyi təzminat məbləği 109 min dollardır. Kişinyov təmsilçisi isə bu rəqəmi 60 min dollara düşürməyə çalışır.

Digər Xəbərlər
Xəbər Lenti