"Sabah" 3 xalı 3 qolla cibinə qoydu - FOTOREPOPTAJ

24 Noyabr 2019 09:00 Səbail 823
"Sabah" 3 xalı 3 qolla cibinə qoydu - FOTOREPOPTAJ

Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib. Sportinfo.az xəbər verir ki, günün yeganə matçında "Səbail" "Sabah"ı qəbul edib.

"ASCO Arena"da keçirilən qarşılaşma "Sabah"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 76-cı dəqiqədə qonaqların futbolçusu Məqsəd İsayev avtoqol müəllifi olub.

İkinci hissənin sonlarında oyuna girən Ulise Diallo 88 və 90-cı dəqiqələrdə fəqlənməklə komandasını önə keçirib. 90+6-cı dəqiqədə isə Hendrik Ekşteyn matçda son nöqtəni qoyub.

Bu nəticədən sonra 13-cu xalını qazanan "Sabah" beşinci pilləyə yüksəlib. "Səbail" isə 11 xalla 6-7-ci yerləri bölüşdürür. Aftandil Hacıyevin rəhbərlik etdiyi komandanın qələbəsiz oyunlar seriyası 8-ə çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"