Yevgeni Koçuk: "...çempionatda iştirak etməməliyik?"

23 Noyabr 2019 17:41 Səbail 1 370
Yevgeni Koçuk: "...çempionatda iştirak etməməliyik?"

"Səbail"in yarımmüdafiəçisi Yevgeni Koçuk Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində "Sabah"a qarşı keçirilən oyundan sonra Sportinfo.az-a müsahibə verib:

- Matçla bağlı fikirlərin necədir?
- Fasilədən sonra bütün komandalar üçün çətin olur. Fikrimcə, eyni səviyyəli oyun oldu. Oyunda ilk qolu vuran da biz idik. Hesabı qoruyub, saxlamalıydıq. Sadəcə, meydanda azlıqda qaldıq. Hardasa diqqətsizlik oldu və birdən-birə üç qol buraxdıq. Oyunun əvvəlində təmiz penaltimiz verilmədi. "Keşlə” ilə oyunda da təmiz qolumuzu saymadılar, indi də penaltimizi vermədilər. Hakimlərin nəyə görə belə etdiyi mənim üçün də maraqlıdır.

- Qələbə qazanmağınıza nə mane oldu?
- Oyunun başa çatmasına 10 dəqiqə qalmışdı. Konsentrasiya çatmadı.

- Qırmızı vərəqə nəticəyə nə dərəcədə təsir etdi?
- Təsir etdi. Amma 10 nəfərlə də 5 dəqiqə hesabı qorumaq olardı.

- Qış fasiləsinə iki tur qalıb. Necə olacaq?
- Qələbəyə oynamaq istəyirik. Oyunlara hazırlaşacağıq. Pis nəticələr göstəririksə, çempionatda iştirak etməməliyik? Səhvlərimizi analiz edəcəyik, növbəti oyunlarda qələbə üçün oynayacağıq.

- Səncə, “qara zolaq”dan çıxa biləcəksiniz?
- Əlbəttə ki, çıxa bilərik. Niyə də çıxmayaq? Bir qələbə qazanmalıyıq ki, hər şey yoluna düşsün.

- Səkkiz oyundur ki, komanda qalib gələ bilmir. Əsas problemi nədə görürsən?
- Pis oynamırıq, yaxşı oyun göstəririk. Sadəcə, geridə qalan 8 oyunda qol imkanlarından düzgün istifadə edə bilmədik. Hücumdakı epizodlardan maksimum yararlanmalıyıq.

Elvin ƏHƏD

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"