Ağabala Ramazanov: "Şerif"də oynamaq istəyirəm"

21 Noyabr 2019 19:01 Səbail 1 363
Ağabala Ramazanov: "Şerif"də oynamaq istəyirəm"

"Bəli, "Şerif"dən rəsmi təklif almışam. Üç illik müqavilə təklif ediblər. Amma hələ ki, qərarımı verməmişəm".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail" və milli komandamızın üzvü Ağabala Ramazanov deyib.

Moldovanın ən nəhəng klubu sayılan "Şerif"ə keçmək şansı olan Ramazanov dekabrda qərar verəcəyini söyləyib: "Mənim üçün maraqlı təklifdir. Çünki "Şerif" güclü klubdur. Orada oynamaq istəyərəm. Özüm də legioner həyatı yaşamaq arzusundayam.

Amma indi bu haqda danışmaq düzgün deyil. "Səbail"in heyətində dekabra kimi oyunlar var. Oyunlar bitsin, daha sonra ətraflı fikirləşəcəm. "Şerif" yeganə variant deyil. Təkliflərim çox olub. Hələ ki, dekabrı gözləyirəm. Onda qərar verəcəm".

Forvard "Şerif"lə maddi məsələləri, "Səbail"in müqavilə müddətindən əvvəl onu buraxıb-buraxmayacaqlarını müzakirə etmədiklərini deyib:

"Pul məsələsi haqda danışmamışıq. Sadəcə, təklif gəlib, maraqlanıblar ki, ora getmək istəyərəm ya yox. Maliyyə və "Səbail"dən necə buraxacaqlar - hələ bu söhbət olmayıb.

Onlara birinci sözüm o olub ki, dekabra kimi çempionat var, fasilə yaransın danışarıq. Konkret onlara deməmişəm ki, qışda gəlirəm ya gəlmirəm. Sadəcə, dedim fasilə yaransın, söhbət edərik".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”