Tanınmış klub millimizin hücumçusuna təklif göndərdi

21 Noyabr 2019 15:03 Səbail 1 817
Tanınmış klub millimizin hücumçusuna təklif göndərdi

Bu yaxınlarda Küveytdən – "Əl-Ərəbi"dən dəvət alan millinin və "Səbail"in hücumçusu Ağabala Ramazanova dünən daha bir rəsmi təklif gəlib.

Sportinfo.az-ın məlumatına görə, "Şerif" onun transferi ilə bağlı "dənizçilər"ə müraciət edib. Moldovanın ən tanınmış klubu dekabrda onunla birbaşa müqavilə imzalamaq niyyətində olduğunu açıqlayıb. Təklif olunan anlaşma müddəti 3 illikdir.

Ramazanovun "Səbail"lə müqaviləsi gələn ilin yayında bitəcək. O, legioner həyatı yaşamağa hazırdır və "Şerif"in nümayəndələri ilə görüşündə də bunu bildirib.

Sadəcə, "Səbail" transferə görə - təqribən 50-100 min dollar istəyir. Moldova çempionu Bayıl təmsilçisinin tələb etdiyi pulu bir qədər aşağı salmaq niyyətindədir.

Digər Xəbərlər
Xəbər Lenti