"Səbail"in legioneri: "Futbol üçün darıxmışdım"

19 Noyabr 2019 14:42 Səbail 1 023
"Səbail"in legioneri: "Futbol üçün darıxmışdım"

"Oyuna qayıtmağıma xoşbəxtəm. Futbol üçün çox darıxmışdım".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Səbail"in müdafiəçisi Eriko Da Silva klubun rəsmi saytına açıqlamasında deyib. Mövsümün əvvəlində zədələnən və uzun müddət yaşıl meydanlardan kənarda qalan braziliyalı futbolçunun adı ötən tur "Qəbələ" ilə matçın (0:3) sifariş ərizəsində olsa da, meydana çıxmayıb. Oynamağa hazır olduğunu söyləyən 30 yaşlı müdafiəçi "Sabah"la qarşıdakı çempionat matçına da toxunub:

"Əlimdən gələni edəcəyəm ki, komandaya xal qazanmağa kömək edim. İrəlidə vacib oyun var - şənbə günü, "ASCO Arena"da qələbəni təmin etmək üçün məşqlərdə hamı çox ciddi hazırlaşır".

Qeyd edək ki, noyabrın 23-də keçiriləcək "Səbail" - "Sabah" oyunu 15:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti