"Səbail"in ulduzu "unudulmuş 11-lik"də

18 Noyabr 2019 15:45 Səbail 736
"Səbail"in ulduzu "unudulmuş 11-lik"də

Britaniya mətbuatı hazırda karyerasını davam etdirən yaşlı futbol ulduzlarından ibarət rəmzi komanda hazırlayıb.

Sportinfo.az xəbər verir ki, "givemesport" saytının tərtib etdiyi siyahıda "Səbail"in yarımmüdafiəçisi Maykl Esyenin də adı var.

Vaxtı ilə "Lion", "Çelsi", "Real" və "Milan" kimi Avropa nəhənglərinin formasını geyinmiş qanalı futbolçu Aleksandr Qleb, Sunsuke Nakamura, Roke Santa Kruz, Erik Cemba-Cemba və Qael Klişi kimi məşhur oyunçularla birlikdə unudulmuş 11-likdə yer alıb.

Qeyd edək ki, Esyen bu ilin martından "Səbail"də çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti