"Bu vəziyyətdə qoyub getməyi özümə yaraşdırmıram"

17 Noyabr 2019 10:24 Səbail 1 347
"Bu vəziyyətdə qoyub getməyi özümə yaraşdırmıram"

"Mən komandanı bu vəziyyətdə qoyub getməyi özümə yaraşdırmıram». Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in baş məşqçisi Aftandil Hacıyev deyib.

Mövsümə yaxşı başlayan «dənizçilər» son 7 turda cəmi 2 xal toplayıb və hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb:

«Klubumuzun hamıya məlum olan problemləri var. Büdcə azalıb, əksər aparıcı futbolçular gedib. Heyətimiz kasad, zədəlilərimiz çoxdur. Hər dəfə 12-13 nəfərlə oynamaq olmur, psixoloji yorğunluq yaranır.

Çempionat gərgin keçir, nisbətən asan oyun olmur. Ona görə də hər dəfə daha çox güc itirməli olursan. İstefanın çıxış yolu olduğunu düşünmürəm. Rəhbərlik qarşıma avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoymayıb.

Məndən keçənilki nəticəni təkrarlamaq istənilmir. İndi 6-7-ci yerlərdən birini tutmaq da bizim üçün uğur sayılacaq. Çətin günün ömrü az olar. Bu da bir sınaqdır, inşallah, üzləşdiyimiz problemləri yenə dəf edərik».

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"