Rövnəq Abdullayevin qardaşı oğlu "Səbail"i əldən vermək istəmir

12 Noyabr 2019 20:45 Səbail 3 112
Rövnəq Abdullayevin qardaşı oğlu "Səbail"i əldən vermək istəmir

Tamerlan Abdullayev kuratoru olduğu "Səbail"lə bağlı qərarını dəyişib. Sportinfo.az-ın məlumatına görə, Rövnəq Abdullayevin qardaşı oğlu klubla münasibətlərini kəsmək fikrindən daşınıb.

O, futbolçularla söhbətində bu barədə bildirib. Abdullayev deyib ki, komandanın üzləşdiyi maliyyə problemləri süni şəkildə yaradılıb və məqsəd onun "Səbail"dən getməsinə nail olmaqdır.

Abdullayev ad çəkməsə də, baş katib Elxan Məmmədov və onun əlaltılarına eyhamla vurğulayıb ki, AFFA-nın bəzi rəhbər şəxsləri "Səbail"in yaxşı nəticələr göstərməsini istəmir və kluba nəzarəti tamamilə ələ keçirmək niyyətindədilər.

Tamerlan bəy hər şeyə rəğmən, futboldan getməyə hazırlaşmadığını, qışdan sonra da "Səbail"in işləriylə yaxından məşğul olacağını vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi