"Səbail"də 2 problem

10 Noyabr 2019 09:28 Səbail 1 160
"Səbail"də 2 problem

"Səbail" futbolçu itkiləri ilə üzləşib. Sportinfo.az xəbər verir ki, "dənizçilər"in bombardiri Ağabala Ramazanov və gənc yarımmüdafiəçi Əli Sadıxov "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının XI tur matçında cəzalanıblar.

Ramazanov növbəti sarı vərəqə alaraq cəzalı duruma düşüb. III turda "Qarabağ", VII turda "Neftçi", VIII turda isə "Sumqayıt"la qarşılaşmada "sarı" alan forvard artıq vərəqə limitini doldurduğu üçün "Sabah"a qarşı XII tur matçını buraxacaq.

Sadıxov isə rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün qırmızı vərəqə alıb. Hər iki oyunçu XII turda "Sabah"la ev matçını buraxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı