"Qəbələ" ilə "gedib", "Qəbələ" ilə "qayıtdı" - "SƏBAİL"İN ZƏDƏLİLƏRİ SAĞALDI

9 Noyabr 2019 14:25 Səbail 547
"Qəbələ" ilə "gedib", "Qəbələ" ilə "qayıtdı" -

"Səbail"in zədəli futbolçularından ikisi sıraya qayıdıb.

Sportinfo.az xəbər verir ki, söhbət ukraynalı qapıçı Aleksandr Rıbka və braziliyalı müdafiəçi Eriko Da Silvadan gedir. Uzun müddətdir zədədən əziyyət çəkən legionerlərin adı Premyer Liqanın XI turunun "Qəbələ" ilə səfər oyunu üçün heyətə daxil edilib. Hər iki futbolçu az sonra start götürəcək matça ehtiyatda başlayacaq.

Qeyd edək ki, Rıbka ötən mövsüm Premyer Liqanın 26-cı turunun "Qəbələ" ilə matçında, Eriko isə cari çempionatın ilk turunda "Zirə" ilə qarşılaşmada ciddi zədə almışdı.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!