Fəhmin Muradbəylinin hakimlər otağında nə işi vardı?

5 Noyabr 2019 13:21 Səbail 1 345
Fəhmin Muradbəylinin hakimlər otağında nə işi vardı?

Bu gün AFFA İntizam Komitəsinin toplantısı keçirilib. Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Premyer Liqanın X turunun “Neftçi” – “Qarabağ” matçında “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Premyer Liqanın X turunun “Qəbələ” – “Sabah” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Premyer Liqanın X turunun “Zirə” – “Sumqayıt” matçında “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

“Zirə” oyunun AFFA nümayəndəsini və inspektorunu tələb olunan yerlə təmin etmədiyi üçün klub 800 manat cərimə olunur .

Görüşün ikinci hissəsi “Zirə” klubunun gecikməsinə görə 2 dəqiqə ləngiyib. Bu səbəblə klub 2400 manat cərimə olunur.

Premyer Liqanın X turunun “Səbail” – “Keşlə” matçında “Səbail” klubunun gecikməsi səbəbilə oyun 3 dəqiqə gec başladığına görə klub 2400 manat cərimə olunur.

Oyun başa çatdıqdan sonra “Səbail”in futbolçusu Fəhmin Muradbəyli hakimlər otağına daxil olduğuna görə klub 1600 manat cərimə olunur.

Digər Xəbərlər
Xəbər Lenti