"Səbail"in rəhbəri yenə söz verdi: "Heç nədən narahat olmayın"

4 Noyabr 2019 18:19 Səbail 811
"Səbail"in rəhbəri yenə söz verdi:

Premyer Liqada ardıcıl 4 məğlubiyyət alan "Səbail" uğursuz gedişə "Keşlə" ilə qarşılaşmada son qoydu. Bayılda keçirilən oyun qolsuz bərabərliklə başa çatdı.

Sportinfo.az-ın məlumatına görə, "dənizçilər"in rəhbəri Tamerlan Abdullayev matçdan sonra futbolçularla görüşüb. O, komandanın oyununu bəyəndiyini və nəticələrin yaxşılaşacağına inandığını bildirib.

Abdullayev deyib ki, maliyyə çətinliyi müvəqqətidir və tezliklə hər şey qaydasına düşəcək. Klubda qeyri-rəsmi olaraq prezident səlahiyyətlərini daşıyan iş adamı qış fasiləsinə kimi müəyyən yeniliklərin ola biləcəyini vurğulayıb: "Mən sizin arxanızdayam. Heç nədən narahat olmayın".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular