“Onlar vurdular, biz isə bacarmadıq” – Niderlanddan gələn

11 Mart 18:00 Səbail 684
“Onlar vurdular, biz isə bacarmadıq” – Niderlanddan gələn

Son iki oyunda “Sabah”la “Qəbələ”ni məğlub edən “Səbail” hesabat turunda “Sumqayıt”a uduzaraq (0:1) ikinci pilləni əldən verdi.

“Dənizçilər”in legioneri Anas Najah Sportinfo.az-a müsahibə verib.

26 yaşlı niderlandlı yarımmüdafiəçi uduzduqları oyunla bağlı sualları cavablandırıb.

- Niyə uduzdunuz?

- Çünki onlar bir qol vurdular, biz isə bacarmadıq.

- Sənə elə gəlmir ki, komandanız “Qəbələ” üzərindəki qələbənin yaratdığı eyforiyanın təsirindəydi?

- Hamımız peşəkarıq və bilirik ki, keçmiş keçmişdir və biz həmişə növbəti oyunlara diqqət yetirməliyik. Komanda olaraq hər matça final kimi baxırıq, bu dəfə də beləydi. Ona görə də eyforiyada olduğumuzu düşünmürəm.

- “Sumqayıt” qələbəyə layiq idi?

- Çətin sualdır. Şəxsən mən belə düşünmürəm. Fikrimcə, onlarla bizim yaratdığımız qol şanslarını müqayisə etsək, bizdə təhlükəli vəziyyətlərin sayı çox idi. Sadəcə, biz vura bilmədik, onlar vurdular.

- Pedro Nunu penaltini dəyərləndirə bilsəydi, yekun nəticə fərqli olardı. Razısan?

- Penaltinin yekun nəticəyə təsir etdiyini düşünmürəm. Penaltidən əvvəl və sonra oyuna nəzarət edirdik və hər iki halda qol imkanları yaratmağı bacardıq. Penalti epizodundan sonrakı şansları dəyərləndirsəydik, qalib gələcəkdik və qaçırılan penalti yada düşməyəcəkdi.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!