COP29

Baş məşqçi rəhbərin gözündən düşdü - Son qərar nə vaxt veriləcək?

18 May 14:40 Səbail 1 663
Baş məşqçi rəhbərin gözündən düşdü - Son qərar nə vaxt veriləcək?

«Səbail»in gələn mövsümə kiminlə başlayacağı mayın sonunda dəqiqləşəcək.

İlyarım öncə bu posta gətirilən Şahin Diniyevin qalıb-qalmayacağı İdarə Heyət tərəfindən müəyyənləşdiriləcək.

Mahmud Qurbanovun yerinə gətirilmiş çalışdırıcı bunun üçün qarşısına qoyulan minimum vəzifəni yerinə yetirməlidir. Bu, Premyer Liqada 6-cı yeri tutmaqdır.

34 tura 42 xal toplayan «dənizçilər» hələlik turnir cədvəlinin 7-ci sırasındadır. Bu gün «Neftçi»ni qəbul edəcək Bayıl təmsilçisi qalib gəlməsə, hədəfə çatmaq yolunda növbəti ağır zərbəni alacaq.

Ya elə, ya belə - bizə dəqiq məlumdur ki, hazırkı vəziyyət Rauf Vəliyevi kəskin narazı salır. «Xəzər Dəniz Gəmiçiliyi»nin rəhbəri himayədarı olduğu «Səbail»in uğursuz çıxışının səbəbini məşqçi korpusunda görür.

Onun son vaxtlar yaxın çevrəsi ilə bu barədə tez-tez danışdığı və Şahin Diniyevdən gileyləndiyi bildirilir.

Qeyd olunur ki, Vəliyev kifayət qədər böyük büdcə ayırmasına rəğmən, komandanın gözləntilərin altında qalması ilə barışmaq istəmir və baş məşqçi onun gözündən çox düşüb.

Diniyevi ona tərifləmiş və görəvə gətirilməsinə vasitəçi olmuş şəxsləri indi xoş sözlərlə xatırlamır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"