Premyer Liqanın imkanlı klubu istedadlı uşaqları küçəyə atdı

12 Mart 11:40 Səbail 1 749
Premyer Liqanın imkanlı klubu istedadlı uşaqları küçəyə atdı

Yeni ilə Kərim Diniyev qalmaqalı ilə daxil olan «Səbail»də növbəti neqativ hadisənin baş verməsi bilinib.

Belə ki, rəhbərlik ayrı-ayrı rayonlardan gətirilmiş perspektivli uşaq və yeniyetmələri qaldıqları yerdən çıxarıb.

Demə, onlar üçün Bayılda, stadiona yaxın ərazidə böyük ev kirayələyib. Təqribən 12-15 nəfər orada yerləşdirilib.

Yaxınlarda isə azyaşlıların valideynləri bazaya dəvət olunub və evin boşaldılacağı bildirilib. İddia olunub ki, klubun kirayə haqqını ödəməyə artıq imkanı çatmır.

Nəticədə həmin uşaqların bir çoxu «Səbail»i tərk etmək məcburiyyətində qalıb və «Qarabağ», «Sabah», «Neftçi» kimi klublara üz tutub.

Son vaxtlara kimi akademiyaya aylıq 4000 manat ayrılıb. Bu məbləğ sırf yolpulu üçün nəzərdə tutulub.

O da hamıya şamil deyilmiş. Hər komandadan bir neçə istedadlı uşaq və yeniyetmə seçilib, hansı ki, ailəsinin maddi durumu zəifdir və uzaq məsafədə yaşayır, Bayıla gəlib-gedə bilmir - onlara 50-100 manat civarında ödəmə edilirmiş.

Ötən ilin yayında AFFA-nın mətbuat katibi postunu «Səbail»in idman direktoru vəzifəsinə dəyişən Firuz Abdulla heç bir tutarlı səbəb gətirmədən bu addımı atıb.

Təbii ki, yaranmış vəziyyət akademiyanın fəaliyyətindəki nizamı pozub. Redaksiyamıza müraciət edən şikayətçi valideynlər övladlarını məşqə göndərməyə pul tapmadıqlarını söyləyirlər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!