Onunla yolları ayırmaq istəsələr, 5-6 klub eyni anda "əlindən qapacaq"

18 Sentyabr 11:20 Səbail 3 343
Onunla yolları ayırmaq istəsələr, 5-6 klub eyni anda "əlindən qapacaq"

«Səbail» Premyer Liqanın son dörd turunda uğurlu seriya cızıb.

1 heç-heçə və 3 qələbə.

Bu nəticələr turnir cədvəlindəki mövqeyini bir xeyli yaxşılaşdırıb. Liderlər qrupunda özlərinə yer ediblər.

«Səbail» həm özü oynayır, həm rəqibə oynamaq imkanı yaradır. Düzdür, Şahin Diniyev nəticəyə oynamağı öyrəndiklərini də deyir, məncə, o, bu barədə həqiqi rəy vermir.

«Kəpəz» Gəncədəki qarşılaşmada hesab arasındakı fərqi azaltmaq üçün üç-dörd fürsət yaxaladı. Bunların birində top toru silkələsəydi, oyunun axarı öz istiqamətini dəyişəcəkdi.

Şahin Diniyevin məşqçi olaraq zəif tərəfləri çoxdur. Əlli ildir bu sahədədir, 5 qramlıq uğur əldə etməyib, titul anbarında siçovullar avara-avara gəzişir.

«Səbail»i bu mövsüm avrokuboklara aparsa, mən bu nəticəni titul yerinə qəbul edəcəm.

Qələbələr bir-birini əvəzləyəndə istər-istəməz daxildəki ab-hava da düzəlir, üzlər gülür, sular durulur. Son 1 aya kimi məhz bu çatışmırdı «Səbail»də.

İndi isə bitirici keyfiyyətli oyunçular var Diniyevin əlinin altında. Aleksandr Ramalinqom artıq aktivinə 4 qol yazıb və bu, «Səbail»in hücum arsenalının güclənməsinə bariz işarədir.

Fransa pasportlu maqadaskarlı forvardın qol duyumu onu Azərbaycanda hələ uzun illər saxlayacaq qədər güclüdür.

«Səbail» bu gün onunla yolları ayırmaq istəsə, 5-6 klub eyni anda əlindən qapar.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
2 Dekabr 18:10 Çək və bizə göndər!
2 Dekabr 10:40 Qazanmağın bir yolu…
2 Dekabr 10:20 Lider dəyişdi - VİDEO
2 Dekabr 03:10 "Mən ona dedim ki..."