“Səbail”in legioneri etdiyi tərbiyəsizliyin cavabını aldı - VİDEO

25 May 2023 14:20 Səbail 866
“Səbail”in legioneri etdiyi tərbiyəsizliyin cavabını aldı - VİDEO

“Səbail”in hücumçusu Qoba Zakpanın cəzalı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, AFFA İntizam Komitəsi Fil Dişi Sahilindən olan legioneri 3 oyunluq diskvalifikasiya edib.

Buna səbəb 31 yaşlı forvardın Premyer Liqanın XXXV turunda “Turan Tovuz”la keçirilən görüşdə (2:2) 90+3-cü dəqiqədə vurduğu qoldan sonra qeyri-etik hərəkəti olub.

Bu, Bayıl təmsilçisinin 1600 manat məbləğində cərimələnməsinə yol açıb.

81-ci dəqiqədə Ağabala Ramazanovun əvəzinə meydana daxil olmuş və komandasına 1 xal qazandıran vuruşa imza atmış afrikalı əlini cinsiyyət orqanına aparıb ki, bu ədəbsiz jesti də kameralara tuş gəlib.

Zakpa ikinci dəfə belə idmançıya yaraşmayan hərəkətə yol verir. O, ilk dəfə Premyer Liqanın 29-cu turunda diqqət mərkəzinə düşüb.

Kot d ivuarlı «Sabah»la qarşılaşmanın 90+5-ci dəqiqəsində səhnəyə çıxıb və «Səbail»ə 2:1 hesablı qələbə gətirən qolu vurub.

Bundan bir qədər öncə (88-ci dəqiqədə) Franko Mazurekin yerinə meydana daxil olmuş afrikalı üzünü VİP-lojaya tərəf çevirərək, əliylə qeyri-etik jest göstərib.

Sevincini komanda yoldaşlarından gizlədən legioner həmin hərəkəti bir neçə dəfə təkrarlayıb.

Bu da nədənsə xəbər verir. Nədən?

Deməli, klub rəsmilərindən biri matçdan öncə təşkil olunan toplantıda Zakpanı aşağılayıb.

Həmin funksioner forvarda buradakı qazancını, həmçinin Premyer Liqada cəmi 2 vurmasını xatırladıb. Daha sonra ona «sən harada oynamısan» sualı verib.

Tərcüməçi vasitəsilə barəsində deyilən sözləri eşidən əcnəbi hücumçu təəccüb içində donub qalıb və yalnız «Kiprdə oynamışam» deyə bilib.

Aldığı cavabdan razı qalmayan qarşı tərəf «əşşi, sən futbolçu deyilsən» söyləyib.

Zakpa «Sabah»ın qapısından keçirdiyi topa sevinməyib əl-qol hərəkəti etməklə, məhz bu şəxsə ismarıc göndərib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular