Azərbaycan klubu bu ölkənin millisinin müdafiəçisinin transferi üçün hərəkətə keçdi

15 Avqust 2022 09:40 Səbail 2 790
Azərbaycan klubu bu ölkənin millisinin müdafiəçisinin transferi üçün hərəkətə keçdi

“Səbail”yeni legioner axtarışlarını hələ də davam etdirir.

Belə ki, Bayıl klubu indi də Litva millisinin üzvünü heyətinə qatmaq istəyir.

Söhbət 25 yaşlı müdafiəçi Sigitas Olberkisdən gedir.

Hazırda azad agent olan futbolçunun son klubu İsveçin “Dalkurd”u olub.

Zəngin karyerası olan futbolçu vətənindən başqa Malta, Belarus, Latviya, İrlandiya və Estoniya kimi ölkələrdə legioner həyatı yaşayıb.

Gənclər millisində 8 oyun keçirmiş Olberkis əsas milli komandaya da dəvət alır.

O, ötən ildən çağrıldığı Litva millisində hələ də debüt etməyib.

Əgər danışıqlar müsbət yekunlaşsa əcnəbi oyunçu Bayıl təmsilçisinə pulsuz başa gələcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti
25 Oktyabr 18:10 Çək və bizə göndər!
25 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
25 Oktyabr 03:30 "Lənkəran" da qazandı