“Liqanın 2026/2027 mövsümündə yeniliklər olacaq"

03:30 Qadın futbolu 84
“Liqanın 2026/2027 mövsümündə yeniliklər olacaq"

Futbol üzrə Azərbaycan Qadınlar Super Liqasının 2026/2027 mövsümündə mühüm dəyişikliklər və yeniliklər olacaq.

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri

Zümrüd Ağayeva jurnalistlərə açıqlamasında deyib.

"Bu gün Azərbaycan Qadınlar Super Liqasının 2026/2027 mövsümünün püşkatma mərasimi keçirildi. Bu mövsüm liqamız mühüm dəyişikliklər və yeniliklərlə yadda qalacaq. İl

k növbədə yarışın adı dəyişdirilərək Qadınlar Super Liqası adlandırıldı, həmçinin yeni loqo təqdim olundu.

Eyni zamanda, yeni format tətbiq ediləcək. Çempionata iki yeni klub – "İmişli" və "Goranboy" komandaları qoşulub. Beləliklə, mübarizə 12 klubun iştirakı ilə baş tutacaq", - o bildirib.

Z.Ağayeva "Qarabağ" klubunun yarışdakı iştirakı və gələcəklə bağlı gözləntiləri barədə də məlumat verib:

"Qarabağ" komandası aşağı yaş liqalarında iki komanda ilə təmsil olunacaq. Ümid edirik ki, növbəti mövsümlərdə Premyer Liqanın bütün klublarının qadın komandalarını da yarışımızda görəcəyik.

Hələlik qeydiyyat prosesi davam edir. Klubların qeydiyyatı tam yekunlaşdıqdan sonra media nümayəndələrinə ətraflı məlumat veriləcək".

Azərbaycan Qadınlar Super Liqasına oktyabrın 18-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM