Rəşad Sadıqovun köməkçisi bu hadisəyə susmadı

24 May 2022 00:50 Səbail 1 202
Rəşad Sadıqovun köməkçisi bu hadisəyə susmadı

"Səbail" Aftandil Hacıyevlə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, 10 gün əvvəl klubla yeni 1 illik müqavilə imzalayan Hacıyevin ayrılığı gözlənilməz olub.

"Zirə"nin məşqçisi, vaxtilə Hacıyevin rəhbərliyi altında "Səbail"də oynamış Eltun Yaqublu sabiq çalışdırıcısının gedişindən sonra instaqram səhifəsində ona dəstək nümayiş etdirib.

Rəşad Sadıqovun köməkçisi 40 yaşlı mütəxəssis haqda bunları yazıb:

"Hər zaman futbolçularının qayğısına qalan, komandanı sıfırdan qurub mükafatçılar sıralarına qaldıran, son illərdə meydandan kənar oyunlara məruz qalan, amma heç bir zaman duruşunu və şəxsiyyətini itirməyən Aftandil Hacıyev...".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!