Hacıyevə lazımlı məğlubiyyət

22 May 2022 11:20 Səbail 990
Hacıyevə lazımlı məğlubiyyət

"Səbail"in mövsümü sonuncu pillədə başa vuracağı hələ ötən turdan məlum idi.

Amma komanda ən azından son turda "dişinə uyğun" rəqib olan "Sumqayıt" üzərində qələbə qazanaraq mövsümü müsbət notlarda başa vuracağı ehtimal olunurdu.

Ən azından bu mübarizə və istəyi meydanda görəcəyimizə ümid edirdik.

Amma sən saydığını say, gör, futbolçular nə sayır. Sumqayıt təmsilçisi dünən bayıl təmsilçisinin daşını daş üstə qoymadı - 5:0.

Hələ oyunda meydan sahiblərinin qaçırdığı qol epizodları reallaşsaydı daha biabırçı hesab qeydə alına bilərdi. Gah qeyri-dəqiqlik, gah da qapıçı Hüseynali Quliyev qonaqların dadına çatmış oldu.

Aftandil Hacıyevin yetirmələri mövsümdə ikinci dəfə belə ağır qəza yaşamış oldular. İlki, 24 tur əvvəl Qəbələdə yaşanmışdı. Onda da eyni hesab qeydə alınmışdı.

O məğlubiyyətə olmasa da, bu darmadağına Hacıyev "sevinə" bilər. Ki, növbəti mövsüm üçün yenilənəcək "Səbail" üçün çox futbolçu ilə yolların ayrılacağı öncədən məlum idi.

İçindən kimlərsə baş məşqçidən incik gedə bilərdi ki, niyə mən? Amma dünənki qarşılaşma göstərdi ki, nəninki flankəs, aşağı-yuxarı hər kəs yola salınmalıdır.

Kimsə komandada saxlanacaqsa, o da Aftandil müəllimin insafına minnətdar olmalıdır.

XANOĞLAN İMANOV

Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu